Sabah İspaniya La Liqasının 10-cu turu çərçivəsində növbəti “El Klasiko” keçiriləcək. Matc.az xəbər verir ki, “Barselona” – “Real” (Madrid) qarşıdurması öncəsi mətbuat konfransları qalmaqalla yadda qalıb.
Meydandakı amansız rəqabət oyundan öncə söz savaşında özünü göstərib. İlk gərginlik “Barselona”nın gənc yarımmüdafiəçisi Fermin Lopesin hakimlərlə bağlı verdiyi iddialı bəyanatla başlayıb.
Kataloniya təmsilçisinin gənc ulduzu “Real” rəhbərliyinin və məşqçilər korpusunun hər matçdan sonra referilər üzərində təzyiq yaratmasından yorulduqlarını bildirib: “Biz hakimlərlə bağlı polemikalara qoşulmuruq. Onlar isə bunu mütəmadi olaraq alovlandırırlar. Hakimlər və mübahisəli epizodlar haqqında verilən bəyanatlar artıq bezdiricidir”
Onun bu açıqlamasına “Real”ın baş məşqçisi Joze Mourinyonun cavabı ləngiməyib. Təcrübəli portuqaliyalı mütəxəssis rəqibə belə cavab verib: “Fermin bizim danışıqlarımızdan yorulub, biz isə pərdə arxasında baş verən və illərdir davam edən məsələlərdən təngə gəlmişik. Məni hakimin kimliyi yox, qaydaların pozulması narahat edir. Əgər bir həftə əvvəl kimlərsə bizim haqqımızda fərqli düşünürdüsə, bu, onların problemidir. “Barselona”ya təriflər yağdırıla bilər, lakin biz öz yolumuzla gedirik”.







_1558556132.jpg)





