“Bavariya”nın baş məşqçisi Vincent Kompani ehtiyat komandanın məşqini izlədiyi zaman yıxılıb və xəstəxanaya yerləşdirilib. Matc.az xəbər verir ki, klubun rəsmi bəyanatına görə, 40 yaşlı mütəxəssis xəstəxanada hərtərəfli müayinədən keçəcək və tibbi nəzarətdə qalacaq, komandanın məşq və oyun işlərinə isə köməkçi məşqçi heyəti rəhbərlik edəcək. Almaniyanın “Sky” telekanalı isə məşqçinin vəziyyətinin stabil olduğunu bildirir.
“Bavariya”nın idman direktoru Maks Eberl qeyd edib ki, Kompaninin sağlamlığı klubun əsas prioritetidir və ona sağalmaq üçün lazım olan bütün vaxt veriləcək. Eberl məşqçi heyətinə tam etibar etdiklərini söyləyib.
Məlumata görə, Kompani keçən həftədən bəri virus infeksiyası ilə mübarizə aparırdı. O, 17 oktyabrda Bundesliqada “Leypsiq”ə qarşı 6:1 hesablı qələbə zamanı omba problemi və infeksiya səbəbilə oyunu əsasən oturaraq izləmişdi.


_1558556132.jpg)










