24 Oktyabr 2026, 19:37
FUTBOL
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir. Matc.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino deyib.
Ali futbol qurumunun rəhbəri yarışın açılış mərasimində fikirlərini bölüşüb:
"Futbol hər kəsə məxsusdur. Bizim üçün hər bir istedadlı oyunçuya şans vermək lazımdır. U-15 dünya çempionatı və festivalı həqiqətən dünyanı birləşdirir".
Xatırladaq ki, turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək.

_1792873270.jpg)










_1558556132.jpg)
