Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev qarşılaşmadan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunçularının çıxışını dəyərləndirərək, qalib gələ bilmədiklərinə görə təəssüfləndiyini bildirib:
"Paltardəyişmə otağında futbolçularıma göstərdikləri əzmə görə təşəkkür etdim. Rəqib azlıqda qalana qədər də meydanda üstün tərəf biz idik. Çoxlu təhlükəli epizodlar yaratsaq da, onları reallaşdıra bilmədik. Ən üzücü məqam odur ki, bu oyunda qələbəni əldən verdik".
Berdıyev heç-heçəni müsbət nəticə saymadığını və komandasının iki xal itirdiyini vurğulayıb. O, buraxılan qolda qapıçı səhvi ilə bağlı suala isə məsuliyyəti kollektivin üzərinə qoyub: "Buraxdığımız qolda təkcə qapıçının deyil, bütün komandanın səhvi var idi".





_1792873270.jpg)







