Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək. Matc.az xəbər verir ki, tur iki qarşılaşma ilə başlayacaq.
Öncə turnir cədvəlinin sonlarında qərarlaşan “Araz-Naxçıvan” “Qəbələ”ni sınağa çəkəcək. Ev oyunlarını Şamaxıda keçirən Naxçıvan təmsilçisi çempionatda ilk qələbəsini qazanmağa çalışacaq.
Bu oyundan 2 saat sonra isə “Zirə” “Sumqayıt”la üz-üzə gələcək.Son 5 oyunda qələbəyə həsrət qalan qəsəbə təmsilçisi bu dəfə tilsimi qırmağa səy göstərəcək.
Premyer Liqa
IX tur
23 oktyabr
15:00. "Araz-Naxçıvan" – "Qəbələ"
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu
19:00. "Zirə" – "Sumqayıt"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu









_1614948693.jpg)



