Matçın ilk hissəsində Nestorla aralarında yaranan mübahisə səbəbindən artıq sarı vərəqə alan Neymar, fasilə zamanı rəqibi ilə söz savaşına davam edib. Tərəflər arasında artan gərginlik fonunda təcrübəli futbolçu müzakirə zamanı ağzını əli ilə örtüb.
Braziliya A Seriyasında “Santos” və “Bahia” komandaları arasında keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşma ulduz futbolçu Neymarın qalmaqallı epizodla yadda qalan qırmızı vərəqəsi ilə əlamətdar olub.
Matçın ilk hissəsində Nestorla aralarında yaranan mübahisə səbəbindən artıq sarı vərəqə alan Neymar, fasilə zamanı rəqibi ilə söz savaşına davam edib.
“Bahia”nın yarımmüdafiəçisi Rodriqo Nestor dərhal baş hakimə yaxınlaşaraq Neymarın bu hərəkəti barədə məlumat verib.
2026-cı il dünya çempionatından etibarən qüvvəyə minən və futbol ictimaiyyətində “Vinisius qaydası” kimi tanınan sərt tənzimləmə rəqiblə mübahisə edərkən və ya təhqir yönümlü ifadələr işlədərkən ağzını qəsdən əli və ya forma ilə örtən oyunçuların birbaşa cəzalandırılmasını nəzərdə tutur.
Xatırladaq ki, bu sanksiya FİFA tərəfindən Çempionlar Liqası matçında "Real Madrid"in ulduzu Vinisius Juniorun rəqib oyunçu tərəfindən irqçi təhqirlərə məruz qalmasından sonra, meydandakı gizli təhqirlərin və ayrı-seçkiliyin qarşısını almaq məqsədilə təcili olaraq tətbiq olunub.












_1792873270.jpg)
