O, Çempionlar Liqasında “Komo”ya 1:4 hesabı ilə məğlubiyyəti “tamamilə qəbuledilməz” adlandırıb. Bu nəticə komandanın bütün turnirlərdə qələbəsiz seriyasını yeddi oyuna çatdırıb.

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik sabah “Bornmut”la Premyer Liqa oyunu öncəsi mətbuat konfransına suallardan əvvəl öz çıxışı ilə başlayıb.
 
Matc.az xəbər verir ki, komandanın son vaxtlar zəif oynadığını etiraf edən 45 yaşlı mütəxəssis vəziyyətin düzələcəyinə əminliyini bildirdi. Britaniya mediasının yazdığına görə, Karrik emosional görünürdü və çıxış fasiləsiz təxminən beş-altı dəqiqə çəkdi.
 
O, Çempionlar Liqasında “Komo”ya 1:4 hesabı ilə məğlubiyyəti “tamamilə qəbuledilməz” adlandırıb. Bu nəticə komandanın bütün turnirlərdə qələbəsiz seriyasını yeddi oyuna çatdırıb.
 
“Biz bir az yolumuzu azmışıq, amma onu geri qaytaracağıq. Buna tam əminəm” - deyə, baş məşqçi bildirib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest