Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Əl-Feysəli” ilə görüşün ən yaxşı oyunçusu seçildiyi üçün aldığı mükafatı klub yoldaşına bağışlayıb. Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
“Əl-Nəsr” qarşılaşmanı 3:1 hesabı ilə qazanıb. Qələbə qolunu Ronaldo vurub və o, matçın ən yaxşısı elan olunub. Lakin portuqaliyalı mükafatı oyunda ilk qolu vuran hücumçu Abdulla Əl-Hamdana təqdim edib.
 
“Əl-Nəsr” növbəti oyununu oktyabrın 26-da keçirəcək. Komanda Asiya Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda BƏƏ təmsilçisi “Əl-Vəsl”i qəbul edəcək.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest