29 Sentyabr 2026, 21:18
FUTBOL
Tomas Müller "Vankuver Uaytkeps" klubu ilə müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.
Almaniyalı futbolçunun Kanada klubu ilə yeni sözləşməsinin müddəti 2027-ci ilin yaz mövsümünün sonuna qədər nəzərdə tutulub.
Xatırladaq ki, 2027-ci ildə MLS "payız-yaz" sisteminə keçəcək və bundan əvvəl ilin ilk yarısında qısaldılmış mövsüm təşkil olunacaq.
Tomas Müller 2025-ci ilin avqust ayından bəri "Vankuver Uaytkeps"in şərəfini qoruyur. O, bu komandanın heyətində Kanada çempionu olub və MLS-in gümüş medallarını qazanıb.
Təcrübəli yarımmüdafiəçi indiyə qədər "Uaytkeps" forması ilə ümumilikdə 45 matça çıxıb, bu oyunlarda 19 qol vurub və 11 məhsuldar ötürmə müəllifi olub.













