"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki dörd ev oyunu üçün paket biletlərin satışının oktyabrın 1-də başa çatacağını elan edib.

"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki dörd ev oyunu üçün paket biletlərin satışının oktyabrın 1-də başa çatacağını elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, paket biletlər azarkeşlərə "Sabah"ın "Slaviya" (Praqa), "Borussiya" (Dortmund), "Barselona" və "Napoli" ilə keçirəcəyi dörd ev oyununu stadionda izləmək və bütün qarşılaşmalarda eyni yeri təmin etmək imkanı verir. Paket biletləri oktyabrın 1-i saat 12:00-dək əldə etmək mümkündür. Bu vaxtdan sonra dörd oyunu əhatə edən paketlərin satışı dayandırılacaq.

Paket satışları başa çatdıqdan sonra klub növbəti mərhələyə — hər oyun üçün fərdi biletlərin satışına keçəcək. Fərdi biletlərin satışının başlanma tarixi və digər məlumatlar klubun rəsmi informasiya resurslarında ayrıca elan ediləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest