"Malyorka"nın qapıçısı İvan Kuelyar klubun bazasında baş verən bədbəxt hadisə nəticəsində ağır baş travması alaraq xəstəxanaya yerləşdirilib. İspaniya təmsilçisinin 2023-cü ildən heyətində çıxış edən 42 yaşlı qolkiperlə bağlı klubun rəsmi strukturları açıqlama yayıb.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu səhər İvan Kuelyar "Südat Esportiva Antonio Asensio" bazasının yeməkxanasındakı interyerin bir hissəsi olan böyük bir konstruksiyanın uçması nəticəsində ağır baş travması alıb.

Futbolçu dərhal xəstəxanaya çatdırılıb və yaxın 24 saat ərzində həkimlərin nəzarəti altında qalacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest