25 Sentyabr 2026, 10:09
FUTBOL
“Sumqayıt” tezliklə baş məşqçi dəyişikliyinə gedə bilər. Komandanın nəticələri rəhbərliyi qane etmir. Matc.az xəbər verir ki, “kimyaçılar” Premyer Liqada keçirdiyi ilk 5 oyunda cəmi 2 xal toplayıb. Bu isə portuqaliyalı baş məşqçi Filipe Kandidodan böyük gözləntiləri olan klub rəhbərliyini narazı salır.
Düzdür, məğlubiyyətlər iddialı rəqiblərdən alınıb. Evdə “Şamaxı”, Gəncədə “Kəpəz”lə heç-heçəni də normal nəticə saymaq olar. Bununla belə, xərclənən büdcəni nəzərə alan sponsorlar klub rəhbəri Riad Rəfiyevin seçimindən narazıdır. Onlar menecer-prezidentin iddialı komanda qurmaq vədi ilə gətrdiyi portuqaliyalının işinin real nəticəsini görmür, “Sumqayıt” əvvəlkindən daha zəif oynayır.
Qarşıdakı 4 oyun Kandidonun, hətta bəlkə də Rəfiyevin taleyini həll edə bilər. Evdə “Qəbələ”, “Araz-Naxçıvan” və “Şəfa”, səfərdə “Zirə” ilə görüşlərdə hədəf azı 2 qalibiyyətdir. Yığmalara görə çempionatda yaranan fasilədən həmən sonra “kimyaçılar” autsayderlər qrupundan uzaqlaşmasa, komandada dəyişikliklər ola bilər. Rəqiblərdən üçü yaxın qonşulardır və onları məğlub etməmək Kandidoya postu bahasına başa gələcək (futbolinfo.az).










_1790281476.jpg)


