"Latsio"nun təcrübəli mərkəz müdafiəçisi Patrisio Qabarron karyerasını BƏƏ-nin "Əl-İttifaq" klubunda davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "qartallar"ın mətbuat xidməti məlumat yayıb.
Rəsmi açıqlamada müqavilənin detalları açıqlanmayıb. Oyunçu yeni klubuna pulsuz transfer olunub və müqavilə 2028-ci ilə qədər imzalanıb.
Qeyd edək ki, Patrik "Vilyarreal" və "Barselona"nın gənclər akademiyalarının yetirməsidir, lakin o, kataloniyalıların əsas heyətində möhkəmlənə bilməyib və əvəzedici komandalarda çıxış edib.
2015-ci ilin yayında "Latsio"ya keçən futbolçu o vaxtdan bəri bu klubda 244 oyun keçirib, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Qartallar"ın heyətində İtaliya Kubokunu (18/19) və iki dəfə İtaliya Superkubokunu (17/18, 19/20) qazanıb.












