29 Sentyabr 2026, 22:20
FUTBOL
"Eyüpspor"da baş məşqçi postuna yeni təyinat reallaşıb. İstanbul təmsilçisi boş qalan bu vəzifəyə Mustafa Dalcını gətirib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında artıq rəsmi müqavilə imzalanıb. Klubun yaydığı açıqlamada yeni baş məşqçiyə uğurlar arzulanıb.
Qeyd edək ki, turnir cədvəlinin son pilləsində qərarlaşan komandada 6-cı turda "Fənərbaxça"ya 0:8 hesablı ağır məğlubiyyətdən sonra baş məşqçi Özhan Pulat istefa vermişdi.













