"Barselona"nın hücumçusu Rafinya Avstraliya və Braziliya yığmaları arasında keçirilən yoldaşlıq oyununda zədələnib.

Matc.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

Bildirilir ki, sağ budunda narahatlıq hiss edən 29 yaşlı futbolçunu Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti fasilədə əvəzləmək məcburiyyətində qalıb.

Komandaların yoldaşlıq görüşü braziliyalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Sambaçılar"ın heyətində qolları Vanderson, Rafinya, Bruno Gimaraes və Vinisius Junior vurublar. Meydan sahiblərinin qollarına isə Çirkati və Metkalf imza atıblar.

Zədələnməzdən əvvəl, ilk hissənin sonlarında Rafinya qolla yadda qalıb. Hücumçu matçın 45+1-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Bununla da forvard 2026/2027 mövsümündə klub və milli komandanın heyətində keçirdiyi 10 oyunda vurduğu qolların sayını 15-ə çatdırıb, həmçinin aktivində 4 məhsuldar ötürmə var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest