UEFA Millətlər Liqasında I turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, I turun ikinci oyun günündə daha 8 qarşılaşma baş tutacaq.
İkinci oyun günündə xüsusilə A Liqasının I qrupunda yer alan nəhənglərin dueli diqqət mərkəzində olacaq. Türkiyə yığması doğma meydanda Fransa millisini qəbul edərkən, İtaliya seçməsi isə Belçika kollektivini sınağa çəkəcək.
B Liqasında da gərgin mübarizə vəd edən oyunlar planlaşdırılıb. Macarıstan Ukrayna ilə, İsveç isə Rumıniya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Eyni liqanın IV qrupunda Polşa öz meydanında Bosniya və Herseqovinanı qəbul edəcək.
C Liqasında isə Ermənistan Latviya ilə, Monteneqro isə Kipr seçməsi ilə mübarizə aparacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, I tur
25 sentyabr
B Liqası, II Qrup
20:00. Gürcüstan – Şimali İrlandiya
C Liqası, II Qrup
20:00. Ermənistan – Latviya
A Liqası, I Qrup
22:45. İtaliya – Belçika
22:45. Türkiyə – Fransa
B Liqası, II Qrup
22:45. Macarıstan – Ukrayna
B Liqası, IV Qrup
22:45. Polşa – Bosniya və Herseqovina
22:45. İsveç – Rumıniya
C Liqası, II Qrup
22:45. Monteneqro – Kipr







_1790281476.jpg)





