"Milan" "Bavariya"nın formasını geyinən Kim Min Cenin qış transfer pəncərəsində heyətinə qatılması üçün yenidən hərəkətə keçib.

Matc.az xəbər verir ki, bu barədə Türkiyənin "Sporx" nəşri məlumat yayıb.

Bildirilir ki, Milan təmsilçisi müdafiə xəttini gücləndirmək məqsədilə cənubi koreyalı mərkəz müdafiəçisini yenidən gündəminə alib. 29 yaşlı futbolçu ilə "Milan"dan başqa, İngiltərə Premyer Liqası təmsilçilərindən "Aston Villa" və "Tottenhem"in də maraqlandığı vurğulanır. Hər üç klubun yay "transfer pəncərəsi"ndə "Bavariya" ilə əlaqə saxladığı, lakin Münhen təmsilçisinə hələ rəsmi təklif göndərmədiyi qeyd edilir.

Kim Min Cenin baş məşqçi Vinsent Kompaninin planlarında əvvəlki dövrlərlə müqayisədə ikinci plana düşməsi onun yanvar ayında "Bavariya"dan ayrılma ehtimalını artırıb.

Təcrübəli müdafiəçinin Münhen klubu ilə 2028-ci ilin iyununa qədər müqaviləsi var və onun hazırkı dəyəri təxminən 40 milyon avro civarındadır.

Futbolçunun Almaniya təmsilçisindən bonuslar xaric illik xalis 7 milyon avro maaş alması isə bu transferdə "Milan" rəhbərliyi üçün əsas maliyyə maneəsi hesab olunur.

İtaliya klubunun müdafiə xətti üçün namizədlər siyahısında Qonsalo İnasio da yer alır. "Milan" rəhbərliyinin "Bavariya" cəbhəsindən gələcək cavaba əsasən Kim Min Ceni transferinin reallaşma ehtimalını qiymətləndirəcəyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest