"Barselona" "Liverpul"un 35 yaşlı kapitanı Vircil van Deyklə bağlı gözlənilməz qərar qəbul edib.
Matc.az xəbər verir ki, niderlandlı müdafiəçi gələn mövsüm Kataloniya klubuna azad agent kimi təklif olunub. "Qırmızılar"la müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq təcrübəli futbolçunun karyerasını məhz "Barselona"da davam etdirmək niyyətində olduğu iddia edilir.
Lakin kataloniyalıların baş məşqçisi Hans-Diter Flik bu transferə yaşıl işıq yandırmayıb. Almaniyalı mütəxəssis növbəti mövsümdə 36 yaşı tamam olacaq oyunçunun komandaya uyğunlaşa biləcəyinə şübhə ilə yanaşır. Flik Van Deykin əvəzinə Alessandro Bastoni, Ruud Neystad və ya Niko Şlotterbek kimi daha gənc müdafiəçilərin alınmasına üstünlük verir.
2018-ci ildən "Liverpul"un uğurları üçün tər tökən Van Deyk Mersisayd təmsilçisi ilə 2 dəfə Premyer Liqa, Çempionlar Liqası, UEFA Superkuboku, İngiltərə Kuboku, 2 dəfə İngiltərə Liqa Kuboku və "Community Shield" titullarına sahib çıxıb. O, cari mövsümdə komandasının heyətində artıq 6 matçda meydana çıxıb.












