Qarşılaşmanın idarəçiliyi Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

UEFA Millətlər Liqasının D Divizionunda mübarizə aparan Azərbaycan millisinin Bakıda Lixtenşteyn yığmasına qarşı keçirəcəyi oyunun ədalət təmsilçiləri müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın idarəçiliyi Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Meydanda baş hakim funksiyasını Kristian-Petru Çoçirka yerinə yetirəcək. Ona yan xəttlərdə Maksimilian Veys və Mihael Obritsberger kömək edəcəklər. Matçın dördüncü hakimi isə Şafak Barmaksız olacaq.

Bakıdakı görüşdə VAR otağında da avstriyalı mütəxəssislər əyləşəcəklər. Manuel Şüttengruber VAR hakimi, Aleksander Harkam isə onun köməkçisi qismində fəaliyyət göstərəcək.

Xatırladaq ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq Azərbaycan – Lixtenşteyn matçına saat 20:00-da start veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest