Qadın voleybolçulardan ibarət "Turan" klubunun CEV Çempionlar Liqasında keçirəcəyi ilk ev oyununun biletləri azarkeşlərə pulsuz paylanacaq.
Qadın voleybolçulardan ibarət "Turan" klubunun CEV Çempionlar Liqasında keçirəcəyi ilk ev oyununun biletləri azarkeşlərə pulsuz paylanacaq.
Matc.az xəbər verir ki, oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın "Mladost-Zaqreb" komandası ilə baş tutacaq görüşün biletləri azarkeşlərə pulsuz veriləcək.
Voleybol həvəskarları oktyabrın 10-dan etibarən onları adıçəkilən idman qurğusundan ödənişsiz əldə edə biləcəklər. Qarşılaşma üçün ümumilikdə 1500 bilet nəzərdə tutulub.
Tovuzda keçiriləcək idman bayramına marağın böyük olacağını nəzərə alan klub rəhbərliyi arenaya sığmayan azarkeşlərin də oyunu canlı izləməsi üçün kompleksin həyətində böyük monitor quraşdıracaq.
Bununla yanaşı, görüş başlamazdan əvvəl azarkeşlər üçün geniş konsert proqramı təşkil olunacaq. Tədbirlə bağlı əlavə məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.












