28 Sentyabr 2026, 16:40
FUTBOL
"Turan Tovuz" və Türkiyənin "Fənərbaxça" klubları arasında təşkil olunacaq yoldaşlıq oyunundan toplanacaq bütün vəsait Qarabağ Dirçəliş Fonduna köçürüləcək.
Matc.az xəbər verir ki, bu xeyriyyə təşəbbüsü ilə bağlı bu gün Qarabağ Dirçəliş Fondu ilə Tovuz təmsilçisi arasında rəsmi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyev imza atıblar.
Bu əməkdaşlıq çərçivəsində keçiriləcək qarşılaşmanın gəlirləri işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərinə yönəldiləcək.













