İspaniyalı mütəxəssis Karlos Kuesta "Parma"nın baş məşqçisi postunu tərk edib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında vaxtından əvvəl xitam verilib. Bu qərara səbəb kimi "idman layihəsinin inkişafı ilə bağlı baxışlardakı fikir ayrılıqları" göstərilir.
"Parma" A Seriyasının 2026/27 mövsümünün startındakı 5 turda cəmi 4 xal toplayıb və hazırda turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Bununla belə, komanda Kuestanın rəhbərliyi altında keçirdiyi son matçda "Cenoa"ya 2:1 hesabı ilə qalib gəlib.
31 yaşlı ispan mütəxəssis 2025-ci ilin yayından "Parma"ya rəhbərlik edirdi və o, son 86 ildə A Seriyasının ən gənc məşqçisi olmuşdu. "Parma" onun müstəqil olaraq ilk iş təcrübəsi idi, buna qədər isə Karlos "Arsenal"da Mikel Artetanın köməkçisi funksiyasını yerinə yetirirdi.
"Parma"da Kuestanı əvəzləmək üçün əsas namizədlər arasında Alberto Cilardino və İqor Tudorun adları çəkilir.












