27 Sentyabr 2026, 13:52
FUTBOL
"Roma" Gürcüstan millisinin və "Frozine"nin cinah hücumçusu Giorgi Kvernadze ilə yaxından maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" idman nəşri məlumat yayıb.
Bildirilir ki, Roma klubu 23 yaşlı vingeri qış "transfer pəncərəsi"ndə heyətinə qatmağa çalışacaq və artıq ilkin təhlillər aparıb. Sürəti, çevikliyi, yaradıcılığı və oyuna təsiri baxımından onun həmyerlisi Xviça Kvarasxelyanı xatırlatdığı vurğulanır.
Cari mövsümdə Kvernadze bütün turnirlərdə 6 matçda iştirak edib, 5 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla qüvvədə olan əmək müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 8 milyon avro təşkil edir.



_1790511525.jpg)









