İtaliya Superkuboku dekabrın 22-si, çərşənbə axşamı günü Milanda, "San-Siro" ("Cuzeppe Meatsa") stadionunda baş tutacaq.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
İtaliya Superkuboku matçında "İnter" və "Latsio" qarşılaşacaq. Milan klubu ötən mövsüm həm çempionatı, həm də İtaliya Kubokunu qazandığı üçün onun İtaliya Superkuboku matçındakı rəqibi Kubokun finalçısı "Latsio" olacaq.
Beləliklə, A Seriyası əvvəlki üç İtaliya Superkubokunun oynanıldığı 4 komandanın iştirak etdiyi İtaliya Kuboku formatından imtina edib. Həmçinin 2021-ci ildən bəri ilk dəfə olaraq trofey Səudiyyə Ərəbistanında deyil, İtaliyada oynanılacaq.
5 il əvvəl İtaliya Superkuboku eyni şəkildə Milanda oynanılmış, "İnter" "Yuventus"a 2:1 hesabı ilə qalib gəlmişdi.







_1790397700.jpg)





