"Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Maykl Olise bir təqvim ili ərzində məhsuldar ötürmələrin sayına görə Fransa milli komandasının rekordunu müəyyənləşdirib.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilir ki, Fransa ötən gün Millətlər Liqasının I turunda səfərdə Türkiyəni 1:0 hesabı ilə üstələyib. 54-cü dəqiqədə Kilian Mbappe yeganə qolu məhz Olisenin ötürməsindən sonra vurub.
Olise üçün bu qol ötürməsi 2026-cı ildə Fransa yığmasının heyətindəki oyunlarda 9-cu olub. Beləliklə, o, bu statistikanın aparıldığı 1966-cı ildən bəri bu göstərici üzrə rekord vurub.
Olise aktivində 8 məhsuldar ötürmə olan Tyerri Anri (2003-cü il), Matyo Valbuena (2014) və Antuan Qrizmannın (2019) nailiyyətlərini geridə qoyub.
Ümumilikdə Olisenin hesabında 2024-cü ilin sentyabrında debüt etdiyi Fransa yığmasında 26 matçda 7 qol və 11 məhsuldar ötürmə var.






_1790397700.jpg)






