"Atlanta Yunayted"in hücumçusu Brel Embolo İsveçrə milli komandasının növbəti oyunları üçün heyətdən kənarlaşdırılıb.
Matc.az xəbər verir ki, bu barədə İsveçrə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu qərar, aparılan araşdırma zamanı Embolonun 2021-ci ildə saxta koronavirus testləri əldə etdiyinin müəyyən edilməsi ilə əlaqədar qəbul olunub.
Beləliklə, Embolo COVID-19 ilə bağlı sənədlərdə fırıldaqçılığa görə İsveçrə yığmasının heyətindən kənarlaşdırılan ikinci oyunçu olub. Bundan əvvəl saxta vaksinasiya sertifikatı əldə etdiyi üçün yarımmüdafiəçi Qranit Caka da komandanın heyətindən uzaqlaşdırılmışdı.
Beləliklə, Caka və Embolo Millətlər Liqasında Şimali Makedoniya (26 sentyabr və 6 oktyabr), Şotlandiya (29 sentyabr) və Sloveniya (3 oktyabr) ilə oyunlarda İsveçrəyə kömək edə bilməyəcəklər.









_1790397700.jpg)



