Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni yığma ilə müqaviləsinin müddətinin uzadılması prosesinə başlayıb, onun hazırkı müqaviləsi 2026-cı ilin sonunda başa çatır.

Matc.az xəbər verir ki, bu barədə "albiseleste"nin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

"Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapiya ilə məşqçi Lionel Skaloni arasında onun Argentina yığmasının baş məşqçisi kimi müqaviləsinin uzadılması barədə danışıqlar başlayıb", - paylaşımda qeyd edilib.

Bununla yanaşı, ofisdəki danışıqlar zamanı Tapiya və Skaloninin fotosu nümayiş etdirilib.

48 yaşlı mütəxəssisin "2+2" sxemi ilə yeni müqavilə imzalayacağı - Amerika Kubokuna qədər 2 il və 2030-cu il dünya çempionatına qədər daha 2 il yığmada qalacağı bildirilir.

Skaloni 2018-ci ilin yayından Argentina yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında milli komanda 2022-ci il dünya çempionatının və iki Amerika Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest