"Arsenal" və "Liverpul" "Brentford"un vinqeri Kevin Şade ilə yaxından maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Bildirilir ki, "Brentford" 24 yaşlı cinah hücumçusunu komandada saxlamaq niyyətindədir və onunla yeni, uzunmüddətli müqavilə ilə bağlı ilkin danışıqlara başlayıb.

London və Liverpul təmsilçilərinin yay "transfer pəncərəsi"nin son günlərində almaniyalı futbolçunun keçidində xüsusilə israrlı olduqları vurğulanır.

Qeyd edək ki, Kevin Şade cari mövsümdə London klubunun heyətində çıxdığı 6 rəsmi matçda 3 qolla yadda qalıb. Onun klubu ilə hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında gənc vingerin dəyəri 35 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest