"Real"ın baş məşqçisi Joze Mourinyo qış "transfer pəncərəsi"ndə heyətin gücləndirilməsini tələb edir. O, rəhbərlikdən yaradıcı yarımmüdafiəçinin alınmasını istəyir.

Matc.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri sosial şəbəkədə məlumat yayıb.

Portuqaliyalı mütəxəssis belə bir oyunçunun yaxın "transfer pəncərəsi"ndə komandaya kritik dərəcədə lazım olduğunu hesab edir. Klub prezidenti Florentino Peres məşqçinin istəyini yerinə yetirməyə hazırdır, lakin yalnız potensial yeni transferin səviyyəsinə şəxsən əmin olacağı təqdirdə.

Peres tələsik qərarlar verməyə meylli deyil və ümumiyyətlə, böyük transferləri yalnız növbəti ilin yayına planlaşdırır. Lakin Mourinyo əmindir ki, güclənmə mütləq qışda baş tutmalıdır.

Qeyd edək ki, La Liqanın 7 turundan sonra "Real" 15 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest