Bu UEFA Millətlər Liqasında I turun oyunlarına yekun vurulacaq.
Matc.az xəbər verir ki, I turun sonun oyun günündə 10 qarşılaşma baş tutacaq.
Günün mərkəzi oyunları A Liqasının III qrupuna təsadüf edəcək. Bu qrupda İngiltərə öz meydanında İspaniyanı, Çexiya isə Xorvatiyanı qəbul edəcək.
B Liqasının I qrupunda Sloveniya Şotlandiya ilə, Şimali Makedoniya isə İsveçrə ilə üz-üzə gələcək.
C Liqasında isə daha 6 oyun planlaşdırılıb. I qrupda San-Marino – Finlandiya və Albaniya – Belarus matçları keçiriləcək. III qrupda Farer adaları Qazaxıstanı, Slovakiya isə Moldovanı sınağa çəkəcək. I
V qrupda isə iki görüş baş tutacaq. İslandiya Estoniya ilə, Bolqarıstan isə Lüksemburqla qarşılaşacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, I tur
26 sentyabr
B Liqası, I Qrup
17:00. Sloveniya – Şotlandiya
22:45. Şimali Makedoniya – İsveçrə
C Liqası, I Qrup
20:00. San-Marino – Finlandiya
22:45. Albaniya – Belarus
C Liqası, III Qrup
20:00. Farer adaları – Qazaxıstan
22:45. Slovakiya – Moldova
C Liqası, IV Qrup
20:00. İslandiya – Estoniya
20:00. Bolqarıstan – Lüksemburq
A Liqası, III Qrup
22:45. İngiltərə – İspaniya
22:45. Çexiya – Xorvatiya













