Londonun "Arsenal" klubu qış "transfer pəncərəsi"ndə "Real"ın sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun transferi imkanlarını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkədə məlumat yayıb.

Bildirilir ki, klub İngiltərə yığmasının oyunçusunu sağ cinah müdafiəçisi mövqeyinə namizədlər siyahısına daxil edib və vəziyyəti izləyir, lakin hazırkı məqamda "Arsenal" ilə "Real" arasında rəsmi danışıqlar aparılmayıb.

"Real" futbolçunu satmağa hazır olacağı təqdirdə, Trentin transfer dəyəri 70-80 milyon avro təşkil edə bilər. Bununla belə, İspaniya klubu hazırda oyunçunu buraxmağı planlaşdırmır.

Trent Aleksander-Arnold 2025-ci ildə "Liverpul"dan "Real"a keçib və 2031-ci ilin iyununa qədər müqavilə imzalayıb. 2026/2027 mövsümündə o, Madrid klubunun heyətində 5 matç keçirib və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest