"Mançester Siti"nin və Əlcəzair millisinin müdafiəçisi Rayan Ait-Nuri milli komandanın təlim-məşq toplanışından vaxtından əvvəl kənarlaşdırılıb.
Matc.az xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyasının mətbuat xidməti bəyanat yayıb.
Bildirilir ki, buna səbəb Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Zambiyaya qarşı keçirilən matçda (3:1) futbolçunun məşqçilər heyəti ilə münaqişə yaşaması olub. 25 yaşlı oyunçu qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və Əlcəzairin 2:0 hesabı ilə öndə olduğu dəqiqələrdə meydana əvəzləmədən daxil olmaqdan imtina edib.
Ait-Nuri turnir boyu meydana çıxmayıb, millinin baş məşqçisi Brahim Hemdani isə onu komandanın heyətindən kənarlaşdırmaq və yenidən "Mançester Siti"yə göndərmək qərarına gəlib.
Əlcəzair milli komandasının heyətində Rayan ümumilikdə 33 oyun keçirib və bu görüşlərdə 2 məhsuldar ötürmə ilə yaddaqalan olub.
Növbəti matçda Əlcəzair Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində sentyabrın 29-da Burundi ilə qarşılaşacaq, daha sonra isə oktyabrın 6-da Nigerə qarşı oynayacaq.













