"Liverpul" mövsümün sonunda mərkəz müdafiəçisi Ronald Arauxonu "Barselona"dan birdəfəlik almaq imkanını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bildirilir ki, İngiltərə klubunda uruqvaylı müdafiəçinin oyunundan və adaptasiyasından razıdırlar və artıq icarə müddəti başa çatdıqdan sonra futbolçunu komandada saxlamaq imkanlarını müzakirə edirlər.

Uruqvaylı oyunçu 7 matçda meydanda olub ki, bunlardan 5-i start heyətində reallaşıb. "Liverpul"un baş məşqçisi Andoni İraola Arauxodan həm müdafiənin mərkəzində, həm də sağ cinahda istifadə edib. Çempionlar Liqasında "Atletiko"ya qarşı keçirilən oyunda müdafiəçi dabanı ilə qol ötürməsi verib.

İcarə müqaviləsində 55 milyon avroya məcburi olmayan satınalma variantı nəzərdə tutulub. "Liverpul" bu bəndi aktivləşdirmək barədə hələ yekun qərar verməyib. Bu addım Arauxonun mövsüm ərzindəki çıxışından asılı olacaq. Onun "Barselona" ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest