"Liverpul" "Boka Xuniors"un 19 yaşlı yarımmüdafiəçisi Tomas Arandanın transferi üçün yanvar ayında rəsmi təklif irəli sürməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "El Intransigente" nəşri məlumat yayıb.

Bildirilir ki, Argentina klubu gənc oyunçunun keçidini 9 milyon avro civarında qiymətləndirir.

Gənc pleymeykerin xidmətində təkcə mersisaydlılar deyil, həm də Avropanın digər iddialı klubları - "İnter", "Arsenal", "Çelsi", "Aston Villa" və "Komo" yaxından maraqlanır.

Qeyd edək ki, Aranda 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 33 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə hazırkı sözləşməsi 2029-cu ilin sonuna qədər qüvvədədir. "Transfermarkt" portalında istedadlı yarımmüdafiəçinin dəyəri 12 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest