"Faydalı hazırlıq gedir. Sabah yaxşı oyun göstərməyə hazırıq".
Tacikisin milli komandasının kapitanı Axtam Nazarov Azərbaycanla keçiriləcək yoldaşlıq oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, 33 yaşlı sol cinah müdafiəçisi iki yaxşı komandanın üz-üzə gələcəyini qeyd edib:
"Sabah iki yaxşı komanda qarşılaşacaq. Bizi çox yaxşı qarşıladılar. Faydalı hazırlıq gedir. Sabah yaxşı oyun göstərməyə hazırıq. Azərbaycan millisinin futbolçularından kapitanı, sol və sağ cinah yarımmüdafiəçiləri tanıyırıq. Heç vaxt Azərbaycandan təklifim olmayıb. Oleq Baklov burada oynayır. Azərbaycan futboluna baxırıq, Çempionlar Liqasında oynayan komandalarınız var. Sizə uğurlar arzulayıram".
Qeyd edək ki, Azərbaycan - Tacikistan qarşılaşması sabah "Palms Sports Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.





_1790093096.jpg)







