"Mançester Yunayted" akademiyasının ən diqqətçəkən adlarından olan və oyun tərzi ilə Messiyə bənzədilən JJ Qabriel rəhbərliyə klubdan ayrılmaq tələbini çatdırıb. 15 yaşlı gənc ulduz namizədi İspaniya nəhəngi "Real"a keçmək üçün gün sayır.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, İngiltərə təmsilçisinin heyətində 9 yaşından bəri çıxış edən Qabriel, klub qeydiyyatının silinməsi üçün rəsmi müraciət ünvanlayıb.

Gənc futbolçu ötən həftə UEFA Gənclər Liqasında "Sabah"a qarşı het-trik etsə də, elə həman gün Çempionlar Liqasında əsas komandanın heyətinə düşmədiyi üçün Karrinqton bazasını tərk edib və məşqlərə qatılmayıb.

Madrid klubu isə FİFA-nın beynəlxalq transfer qaydalarını nəzərə alaraq, 18 yaşı tamam olmayan oyunçunun keçidini böyük diqqətlə idarə edir.

Avropa nəhənglərinin radarına düşən istedadlı hücumçu, "Mançester Yunayted"in aşağı yaş qruplarında çıxış etdiyi son 34 qarşılaşmada 31 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest