16 Sentyabr 2026, 16:47
FUTBOL
Azərbaycan Premyer Liqasının 6-cı turu "Neftçi" üçün əlamətdar olacaq.
Matc.az xəbər verir ki, "ağ-qaralar" "Qəbələ" ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq.
Peşəkar Futbol Liqası bununla bağlı xüsusi süjet hazırlayıb. Süjetdə "Neftçi"nin veteran futbolçusu, komandanın ölkə çempionatlarındakı ilk qolunun müəllifi Yunis Hüseynov, həmçinin "ağ-qaralar"ın hazırkı kapitanı Emin Mahmudov fikirlərini bölüşüb.













