16 Sentyabr 2026, 14:19
FUTBOL
Fransanın PSJ klubu növbəti "transfer pəncərəsi" ərəfəsində "Liverpul"un 18 yaşlı vingeri Rio Nqumoanı diqqətlə izləyir.
Matc.az xəbər verir ki, bu barədə "Les Transferts" nəşri məlumat yayıb.
Bildirilir ki, PSJ ingilis futbolunun əsas ümidlərindən biri hesab olunan gənc oyunçunu hədəfə alıb. Paris klubu yaxın aylarda Nqumoa ətrafında baş verənləri diqqətlə izləyəcək.
Bundan əlavə, futbolçuya Londonun "Arsenal" klubu da iddialıdır ki, bu da parislilərin planlarını poza bilər.
"Liverpul"un Nqumoanı komandada saxlamaq istədiyi, bu səbəbdən klub rəhbərliyinin yaxın vaxtlarda onunla müqaviləni yeniləməyə çalışacağı qeyd edilir. Hazırkı sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.













