Azərbaycan - Tacikistan yoldaşlıq oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və media üçün açıq məşqlərin proqramı açıqlanıb.
Azərbaycan və Tacikistan milli komandaları arasında sentyabrın 23-də 8-ci km stadionunda keçiriləcək yoldaşlıq oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və media üçün açıq məşqlərin proqramı açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sentyabrın 22-də keçiriləcək tədbirlər 8-cı km stadionunda baş tutacaq. Proqrama əsasən, həmin gün saat 17:15-də Tacikistan milli komandasının mətbuat konfransı, saat 18:00-da isə ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi başlayacaq.
Azərbaycan millisinin baş məşqçisi və qapıçısının iştirakı ilə mətbuat konfransı isə saat 19:15-ə təyin olunub. Bu rəsmi görüşdən sonra, saat 20:00-da yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan son məşqi reallaşacaq.













