16 Sentyabr 2026, 17:20
FUTBOL
Tanınmış malili dayaq yarımmüdafiəçisi İv Bissuma Amsterdanın "Ayaks" klubunun oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 10 aylıq – 2027-ci il iyunun sonuna qədər nəzərdə tutulub. "Ayaks"ın heyətində Bissuma 28 nömrəli formada çıxış edəcək.
30 yaşlı yarımmüdafiəçi "Ayaks"a cari ilin iyul ayının əvvəlindən bəri sahib olduğu azad agent statusu ilə keçib.
Bissumanın əvvəlki klubu 2022-2026-cı illərdə çıxış etdiyi "Tottenhem" olub. Buna qədər o, "Real Bamako", "Lill" və "Brayton"un şərəfini qoruyub. 2016-cı ildə debüt etdiyi Mali millisinin heyətində keçirdiyi 50 oyunda 5 qol vurub.













