"Mançester Yunayted" doğma meydanda böyük zərbə alıb. Mançester təmsilçisi matçın gedişində 2 top fərqi ilə öndə olduğu oyunda 1976-cı ildən bəri ilk dəfə öz azarkeşləri önündə məğlubiyyət acısı yaşayıb.

Matc.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

"Mançester Yunayted" İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsinin qarşılaşmasında "Brayton"a 2:3 hesabı ilə uduzaraq turnirdəki çıxışını başa vurub.

Görüşə çox yaxşı başlayan mankunianlar artıq 10-cu dəqiqəyə qədər rəqib qapısına 2 qol vuraraq böyük üstünlük yaxalasalar da, bu üstünlüyü sona qədər qoruya bilməyiblər.

Qeyd edək ki, "Mançester Yunayted" sonuncu dəfə "Old Trafford" stadionunda 2 qol fərqi ilə öndə olduğu halda 1976-cı ilin sentyabrında məğlub olmuşdu. Həmin vaxt komanda İngiltərə çempionatı matçında "Tottenhem"ə eyni hesabla (2:3) uduzmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest