15 Sentyabr 2026, 00:17
FUTBOL
Türkiyə Superliqasında V turun oyunlarına yekun vurulub.
Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
"Fənərbaxça" səfərdə "Qaziantep" klubunun qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, 5 turdan sonra aktivinə 7 xal yazdıra bilən İstanbul klubu turnir cədvəlində 11-ci sırada qərarlaşıb. Hazırda turnir cədvəlinə 13 xalla "Qalatasaray" liderlik edir.











_1789413395.jpeg)

