Tanınmış italyan məşqçi Antonio Konte "Mançester Yunayted"in baş məşqçisi postunda Maykl Karriki əvəzləyə bilər.

Matc.az xəbər verir ki, bu barədə Goal.com nəşri məlumat yayıb.

Bildirilir ki, "Mançester Yunayted" mövsümə uğursuz başlayıb, bu səbəbdən komandanın hazırkı baş məşqçisi Maykl Karrikin qovulması istisna edilmir. Klub rəhbərliyi məşqçi dəyişikliyinə qərar verəcəyi təqdirdə, Konte ingilis mütəxəssisin yerinə ilk namizəd olacaq.

Hazırda 57 yaşlı italyan mütəxəssis işsizdir. O, bu ilin yayında komandaya rəhbərlik etdiyi 2 ildən sonra "Napoli"dən ayrılıb. Hələlik Konte işə düzəlməyə tələsmir və fəaliyyətini bərpa etmək üçün iddialı layihə gözləyir.

Kontenin Premyer Liqada iş təcrübəsi də var. O, 2016-2018-ci illərdə "Çelsi"yə rəhbərlik edib və 2017-ci ildə komandanı çempionluq tituluna daşıyıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest