Tanınmış meksikalı mütəxəssis Xavyer Aqirre "Valensiya"ya rəhbərlik edə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Bildirilir ki, Aqirre "Valensiya" üçün prioritet variantdır. Tərəflər arasında artıq təmaslar baş tutub və onlar müsbət xarakter daşıyıb: məşqçi "Valensiya" ilə işləməyə razılıq verib.

Xatırladaq ki, ötən həftə "Valensiya" uğursuz mövsüm startından sonra baş məşqçi Karlos Kobreranı və icraçı direktor Ron Qurleyi istefaya göndərib.

Aqirrenin əvvəlki iş yeri ev sahibliyi etdikləri 2026-cı il dünya çempionatından sonra ayrıldığı Meksika millisi olub.

67 yaşlı mütəxəssis İspaniyada "Osasuna", "Atletiko Madrid", "Saraqosa", "Espanyol", "Leqanes" və "Malyorka" ilə çalışıb. Oyunçu kimi isə 1986-1987-ci illərdə "Osasuna"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest