"Borussiya"nın yarımmüdafiəçisi Konstantinos Karetsas Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində "Vilyarreal"a qarşı keçirilən matçda ciddi zədə alıb.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun "X" sosial şəbəkəsindəki rəsmi hesabı məlumat yayıb.
Dortmundluların 3:2 hesablı qələbəsi ilə başa çatan görüşün ilk yarısında pas verərkən zədələnən Karetsas meydanı müstəqil tərk edə bilməyib. O, matçın 27-ci dəqiqəsində xərəklə kənara çıxarılıb.
Mərkəz oyunçusu qan dövranı ilə bağlı problem səbəbindən əvəzlənmək məcburiyyətində qalıb və daha ətraflı müayinə üçün birbaşa xəstəxanaya aparılıb.
Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasındakı təmsilçimiz "Sabah"ın rəqiblərindən biridir. Komandamız turnirin Liqa mərhələsinin III turu çərçivəsində oktyabrın 20-də Bakıda, "Bank Respublika Arena"da Almaniya nəhəngini qəbul edəcək.












