08 Sentyabr 2026, 20:10
FUTBOL
"İnter Mayami"nin hücumçusu Lionel Messi karyerasında 17-ci dəfə "Qızıl top" mükafatına namizədlər siyahısına daxil edilib.
Matc.az xəbər verir ki, bu barədə "France Football" nəşri məlumat yayıb.
Bildirilir ki, Messi bu göstəriciyə görə yalnız "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldodan (18) geri qalaraq ikinci pillədə qərarlaşıb.
Ötən mövsüm ərzində "İnter Mayami" ilə MLS-in qalibi olan və liqanın ən yaxşı futbolçusu seçilən ulduz oyunçu Argentina yığmasının heyətində dünya çempionatının finalına qədər irəliləyib.
Karyerası ərzində "Barselona" və PSJ kimi klublarda çoxsaylı titullar qazanan argentinalı hücumçu "Qızıl top" mükafatına rekord sayda – 8 dəfə layiq görülüb.













