08 Sentyabr 2026, 15:59
FUTBOL
Sentyabrın 12-də Azərbayacan Premyer Liqasının V turu çərçivəsində "Kəpəz" və "Qəbələ" komandaları arasında keçiriləcək oyununun start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə Şəhər Stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.
Matc.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bununla bağlı "Kəpəz" rəhbərliyinin PFL-ə müraciətinə müsbət cavab verilib.
Bir dəqiqəlik sükut zamanı, həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.













