"Barselona" Ferran Torresin klubdakı gələcəyi ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, La Liqanın çempionu ispaniyalı hücumçunun gələn ilin yayında başa çatan müqaviləsinin müddətini artıracaq. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi İspaniya millisinin üzvü ilə yeni sözləşmə üçün danışıqlara başlamağı planlaşdırır. Futbolçu özü də klubla qalmaq istəyir.

Qeyd edək ki, Ferran Torres 2022-cii ilin yanvarından "Barselona"da çıxış edir. 26 yaşlı forvard bu mövsüm komandanın heyətində keçirdiyi 48 oyunda 21 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest