"Borussiya" heyətini "Aston Villa"da icarə əsasında oynayan "Mançester Yunayted"in hücumçusu Ceydon Sanço ilə gücləndirmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq paylaşıb.

İki tərəfin danışıqlar apardığı və bir çox digər klubların da Sanço ilə maraqlandığı bildirilir. Dortmunda qayıtmaq üçün onun maaşının azaldılmasına razı düşməli olacaq.

Alman klubu "Aston Villa" ilə hazırkı müqaviləsi yaya qədər olan oyunçu üçün pulsuz transferi nəzərdən keçirir.

İngilis futbolçu artıq 2017-ci ildən 2021-ci ilə qədər "Borussiya"da, həmçinin 2024-cü ildə "Mançester Yunayted"dən icarə əsasında oynayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest