"Beşiktaş" mövsümün sonunda müqaviləsi başa çatan Ersin Destanoğlu ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı qapıçının sözləşməsinin müddətini uzatmayacaq. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Türkiyə U-21 millisinin sabiq üzvünün yayda azad agent statusu ilə klubu tərk edəcəyi bildirilir.

Qeyd edək ki, Ersin Destanoğlu "Beşiktaş"ın yetirməsidir. Qolkiper bu mövsüm "qara qartallar"ın heyətində 22 oyunda meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest